Предыдущая публикация
QƏRİBLƏRƏ
Deyirəm haqq yazıbmış
Qürbətdə yaşamağı.
Hər gün üfüqə baxıb
Min dərdi daşımağı.
Üfüq üfüqə bənzər –
Səhərlər göz oxşayır.
Axşama dönən anda
Qəriblər omaxşayır.
Yağsınmı göz yaşları,
Süzülsünmü dərd qəmi?
Vətən deyib duranın
Qurumaz gözdə nəmi.
Uzaqda dağlarım var,
Əlçatmaz obam, elim.
Gələr könlümə bahar
Vətənə çatsa əlim.
Çörəyi daşdan çıxan
Qürbət əsiri insan.
Doğulandan qisməti
Qərib yazılıb haqdan...
Gülxanım Rzazadə
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 16
Спасибо!