Dostlar, mən "sezonnu" işə düzəlmişəm deyə bura hərdən gəlirəm, üzürlü sayın. (Düzü, qışda da qarderobda işləyirdim)
Elə bahalaşıb yaşamaq, heç nəyi çatdırmaq olmur qazancla xərclər bir-birini ödəmir..., necə çətin zəmanə gəlib, hamımız bilirik...
K E Ç Ə R
Bezdirər şaxtası, üşüdər buzu,
Ayaz - qışın əsas sifəti-üzü.
Hamı arzulayar bahari, yazı -
Novruzda tonqallar qalanar, keçər.
Gündən günə günəş yana əyilər,
Gülləri dərilər, barı yeyilər.
Ah, yaman istidi, yaman deyilər -
Bir yay da beləcə dolanar keçər.
Gələr payız ayı, qızılla, zərlə,
Bar-bəhər yığılar alında tərlə.
Aparar qışacan sanki zəfərlə -
Ömürdən bir il də “sona”lar, keçər…
Gülxanım Rzazadə 29.06.2024
“sona”layar- əzizləyər
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 10