Y A Ğ I Ş...
Bir şıdırğı leysan gələ
Yuya şəhərin tozunu.
Sellər sular axıb gedə
Küçədə yollar uzunu.
Mən də həyətə yüyürub
Tutam küləyə üzümü.
Çırpsın yağış damcıları,
Muncuq kimi hər düzümü.
Sətir-sətir deyim yenə,
Vərəqə mən də sözümü.
- Yağış, bizə təzəlik ver.
Çiçəklər əysin başını,
Budaqda titrəsin yarpaq.
Su içəndə ətir verir,
Yayın istisində, topraq.
Göy qurşağı şəfəq salsın,
Arzunun atini çapaq.
Altından keçə biləndə
Qəlbimizə şəfa tapaq.
Dünən ötüb, sabahları
Özümüz istəklə yapaq.
- Yağış, könlə gözəllik ver.
Göz dəyməsin gələn günə,
Həyat bizə ümid versin.
Hər ömrə səadət dolu
Eşqində min sübut versin.
Neçə cür insan vardırsa
İncə, yaxud kobud, versin;
Hərənin öz arzusu var,
Tanrı möhkəm, məbud versin;
Dərdi, kədəri, ələmi,
Az-az versin, məhdud versin.
- Yağış – saflıq yüz illik ver...*köhnələrdən)
Gülxanım Rzazadə
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 24
Göydən yerə, narın-narın
asta-asta, yağış yağır .
Könül istər duya, baxa
görüşünə, bizi çağır.