Предыдущая публикация
* * *
Dost - tanışı görmək üçün
Mən Bakıya gedəcəyəm.
Təyyarəylə üç saata
Yolu yaxın edəcəyəm.
Havasına, küləyinə
Vurğunam mən o şəhərin.
Dan yerini gözləyəcəm
Açılan gözəl səhərin.
Başım üstdən uçan quş da
Mənə əziz, mənə doğma.
Əsmə külək dəli kimi,
A yağış, sən də çox yağma.
Qoy görüm qohumu, dostu,
Səsimə səs verənləri.
Seirimdə əhvalımı
Duyanları, görənləri.
Hicran da peşiman olar,
Mən gələrəm, mən gələrəm.
Ayrılıq da bir az solar..,
Ruhum gülər, dincələrəm.
Dalğalansın anam dəniz,
Qağayılar qanadında.
Mən sənə heyranam, dəniz,
Qalmışammı heç yadında?
Sahilində gəzmişəm az,
Amma sənə vürğünam mən.
Gəlim unutdur sən bir az
Dərdlərimi.., yorğunam mən.
Gülxanım Rzazadə
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 8