Предыдущая публикация
GEDƏM O ÇAĞA...
Bənövşə ruhumu incitməyin siz –
Tökülər, gözümün yaşı tökülər.
Həsrətim, möhnətim bir çağlar dəniz,
Sökülər, bağrımın başı, sökülər.
Yel dəyən qayadan nə gedər axı,
Mənimsə hər mehdən göz yaşım axır.
Ürəyim çırpınıb göylərə qalxır –
Bükülər, dərdimdən boynum, bükülər.
Gələ küləklərlə havası bura,
O sıra dağlar da yuxumu sara..
Mən qürbət əsiri, çiyərim para –
Çəkilər xiffətdən dara, çəkilər.
Gedəm, Gülxanımın gəncını tapam,
Ömrün o çağını, dincini tapam.
Uşaqlıq yaşayan küncünü tapam –
Hönkürər, sevincli anım, hönkürər...
Gülxanım Rzazadə
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 14
ürəyinizə sağlıq