02 aprel 2024-cü il tarixində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin birgə təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyunun II zona yarışı keçirilib. Yarışda 12 məktəb komandası üzrə 168 nəfər məktəbli iştirak edib.
1. Şəmkir rayon Çinarlı qəsəbə 1 saylı tam orta məktəb
2. Şəmkir rayon Çinarlı qəsəbə 2 saylı tam orta məktəb
3. Şəmkir rayon Dəllər qəsəbə Z. Abbasov adına tam orta məktəb
4. Şəmkir rayon Zəyəm qəsəbə 1 saylı tam orta məktəb
5. Şəmkir rayon Zəyəm qəsəbə 2 saylı tam orta məktəb
6. Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb
7. Şəmkir rayon Zəyəm-Cırdaxan kənd 1 saylı tam orta məktəb
8. Şəmkir rayon Zəyəm-Cırdaxan kənd 2 saylı tam orta məktəb
9. Şəmkir rayon İrmaşlı kənd 1 saylı tam orta məktəb
10. Şəmkir rayon Şiştəpə kənd tam orta məktəb
11. Şəmkir rayon Sabirkənd tam orta məktəb
12. Şəmkir rayon Bayramlı kənd tam orta məktəb.
“Şahin” hərbi-idman oyunun II zona yarışında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Emin İsmayılov, Şəmkir rayon Təhsil sektorunun Şiştəpə kənd Qalib Allahverdiyev adına tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və fiziki tərbiyə müəllimi Məhəmməd Həşimov iştirak edibdir. Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətindən və xüsusi rolundan bəhs ediblər.
Yarışın nəticəsinə əsasən I-yerə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C.Abdiyev adına tam orta məktəb, II-yerə Şəmkir rayon Sabir kənd Söhrab Rüstəmov adına tam orta mekteb, III-yerə Şəmkir rayon Zəyəm kənd Əhməd Cəmil adına tam orta məktəbin komandası layiq görülübdür.
Qeyd edək ki, Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C.Abdıyev adına 2 saylı tam orta məktəbin komandası rayon birinciliyinə vəsiqə qazanıbdır.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев