04 aprel 2024-cü il tarixində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin birgə təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyunun II zona yarışı keçirilib. Yarışda 8 məktəb komandası üzrə 112 nəfər məktəbli iştirak edib.
1. Şəmkir rayon Mahmudlu kənd Y. Əsgərov adına tam orta məktəb
2. Şəmkir rayon Düzqışlaq kənd S. Vurğun adına tam orta məktəb
3. Şəmkir rayon Könüllü kənd 2 saylı tam orta məktəb
4. Şəmkir rayon Ağlavaşlı kənd tam orta məktəb
5. Şəmkir rayon Abbaslı kənd 2 saylı tam orta məktəb
6. Şəmkir rayon Aşağı Seyfəli kənd N. Abbasov adına tam orta məktəb
7. Şəmkir rayon Yuxarı Seyfəli kənd F. Ələkbərov adına tam orta məktəb
8. Şəmkir rayon Yeni Həyat kənd tam orta məktəb
“Şahin” hərbi-idman oyunun III zona yarışında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Emin İsmayılov, Şəmkir rayon Təhsil sektorunun Şiştəpə kənd Qalib Allahverdiyev adına tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və fiziki tərbiyə müəllimi Məhəmməd Həşimov iştirak edibdir.
Yarışın nəticəsinə əsasən I-yerə Şəmkir rayon Mahmudlu kənd Y. Əsgərov adına tam orta məktəb, II-yerə Şəmkir rayon Abbaslı kənd 2 saylı tam orta məktəbin komandası layiq görülüb.
Qeyd edək ki, Şəmkir rayon Mahmudlu kənd Y. Əsgərov adına tam orta məktəbin komandası rayon birinciliyinə vəsiqə qazanıbdır.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев