ŞƏMKİR UŞAQ-GƏNCLƏR İDMAN MƏKTƏBİNİN YETİRMƏSİ BÜRÜNC MEDALI ŞƏMKİRƏ GƏTİRİR.
Bakıda ilk dəfə güləş üzrə #U23 #Avropaçempionatı keçirilir. Dünən başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu. Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.
Qeyd edək ki, yunan-roma güləşi üzrə Şəmkir UGİM-nin məşqçi-müəllimi Vəfadar Mustafayevin yetirməsi olan Rəşad Məmmədov uğurlu nəticələr göstərərək, 3-cü yerin qalibi kimi bürünc medala layiq görülmüşdür.
#WrestleAze
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев