03 aprel 2024-cü il tarixində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin birgə təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyunun II zona yarışı keçirilib. Yarışda 11 məktəb komandası üzrə 154 nəfər məktəbli iştirak edib.
1. Şəmkir rayon Düyərli kənd 1 saylı tam orta məktəb
2. Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəb
3. Şəmkir rayon Dəllər Cırdaxan kənd tam orta məktəb
4. Şəmkir rayon Çaparlı kənd 1 saylı tam orta məktəb
5. Şəmkir rayon Keçili kənd Ə.Həsənov adına tam orta məktəb
6. Şəmkir rayon Xuluf kənd R.İsmayılov adına tam orta məktəb
7. Şəmkir rayon Füzuli qəsəbə tam orta məktəb
8. Şəmkir rayon Qapanlı kənd tam orta məktəb
9. Şəmkir rayon Qaracəmirli kənd 1 saylı tam orta məktəb
10. Şəmkir rayon Qaracəmirli kənd 2 saylı tam orta məktəb
11. Şəmkir rayon Yeniabad kənd tam orta məktəb
“Şahin” hərbi-idman oyunun III zona yarışında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Emin İsmayılov, Şəmkir rayon Təhsil sektorunun Şiştəpə kənd Qalib Allahverdiyev adına tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və fiziki tərbiyə müəllimi Məhəmməd Həşimov iştirak edibdir.
Yarışın nəticəsinə əsasən I-yerə Şəmkir rayon Dəllər-Cırdaxan kənd Ş.Əmirov adına tam orta məktəbin komandası layiq görülüb və rayon birinciliyinə vəsiqə qazanıbdır.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев