01 aprel 2024-cü il tarixində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin birgə təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyunun I zona yarışı keçirilib. Yarışda 10 məktəb komandası üzrə 140 nəfər məktəbli iştirak edib.
1.Şəmkir şəhər M. Füzuli adına tam orta məktəb
2. Şəmkir şəhər F.Salmanov adına tam orta məktəb
3. Şəmkir şəhər Morul tam orta məktəb
4. Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəb
5. Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəb
6. Şəmkir şəhər M. Əhmədov adına tam orta məktəb
7. Şəmkir rayon Kür qəsəbə H. Z. Tağıyev adına tam orta məktəb
8. Şəmkir rayon Kür qəsəbə İ. Aznaurov adına tam orta məktəb
9. Şəmkir rayon Əliyaqublu kənd tam orta məktəb
10. Şəmkir rayon E. Qasımov adına Qədimqala kənd tam orta məktəb.
Yarışda Ulu öndərimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Şahin” hərbi-idman oyunun I zona yarışının açılış mərasimində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Emin İsmayılov, Şəmkir rayonu üzrə Təhsil sektorunun müdiri Elşən Ələsgərov və Şəmkir rayon Təhsil Sektorunun Şiştəpə kənd Qalib Allahverdiyev adına tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və fiziki tərbiyə müəllimi Məhəmməd Həşimov iştirak edibdir. Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətindən və xüsusi rolundan bəhs ediblər.
Yarışın nəticəsinə əsasən 1-ci yerə Şəmkir rayon Kür qəsəbə H.Z. Tağıyev adına tam orta məktəbin komandası, 2-ci yerə Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyin komandası, 3-cü yerə isə Şəmkir şəhər N.Gəncəvi adına şəhər tam orta məktəbin komandası layiq görülübdür.
Qeyd edək ki, Kür qəsəbə H. Z. Tağıyev adına tam orta məktəbin komandası rayon birinciliyinə vəsiqə qazanmışdır.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев