https://www.youtube.com/watch?v=oHrJKvdT0BA
Hörümçək toru
Hörümçək adam, eynilə bir hörümçəyin toruna bənzər bir tor hazırlayır və tutmaq istədiyi insanları bu yolla tələyə salır.
Hörümçək-refleksləri
Hörümçək adamın təhlükə anında sürətlə qorunmasını təmin edən eynilə bir hörümçəkdə olduğu kimi güclü refleksləri var.
Hörümçək hissləri
Reflekslərə əlavə olaraq Hörümçək adamın bir də onu təhlükəyə qarşı xəbərdar edən "hörümçək hissləri" var. Bu hisslər sayəsində ona arxadan hücum etmək, qətiyyən mümkün deyil. Bu reflekslər və hörümçək hissi, onu məğlub edilməsi çətin olan bir qəhrəman edir.
Səthlərə yapışma xüsusiyyəti
Hörümçək adamın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də yenə eynilə bir hörümçək kimi demək olar ki, hər cür səthə yapışaraq yeriyə bilməsidir.
İndi də həqiqi bir hörümçəkdə olan möhtəşəm xüsusiyyətlərdən bir neçəsinə toxunaq:
Funksional ayaqlar
Hörümçəyin ən çətin şərtlərdə belə yeriyə bilməsini və yapışa bilməsini təmin edən dörd cüt ayağı vardır. Hər ayaq yeddi parçadan ibarətdir. Hər ayağın sonunda "skopula" deyilən tüklər mövcuddur. Bu tüklər sayəsində heyvan divarlarda və ya tamamilə tərs müstəvidə belə asanlıqla hərəkət edə bilir.
Yüksək hiss etmə bacarığı
Sıçrayan hörümçəklərdən fərqli olaraq hörümçəklərin bir çoxunun görmə duyğuları olduqca zəifdir, ancaq çox qısa məsafələri görə bilirlər. Bir ovçu üçün böyük bir çatışmazlıq sayılan bu vəziyyət, hörümçəkdə mövcud olan çox həssas bir erkən xəbərdarlıq sistemi ilə ortadan qaldırılmışdır.
Bu xəbərdarlıq sistemi toxunma hissinə bağlıdır. Bədən titrəməyə qarşı çox həssas tüklərlə örtülüdür. Bu tüklərin hər biri bir sinir ucuna bağlıdır. Toxunma hissi hətta səs və qoxu ilə bağlı olaraq meydana gələn rəqslərlə bu tüklərə siqnal göndərir. Tüklər titrəyişləri sinir uclarına ötürür. Sinirlər də qəbul etdikləri siqnalları çox sürətli bir şəkildə beyinə yönəldir. Bunun sayəsində hörümçəklər ən kiçik titrəyişlərdən belə xəbərdar olurlar.