Lut peyğəmbər İbrahim peyğəmbərlə eyni dövrdə yaşayıb. Hz. Lut hz. İbrahimə qonşu olan qövmlərdən birinə elçi kimi göndərilmişdi. Quranda bildirildiyinə görə, bu qövm o günə qədər dünyada tayı-bərabəri olmayan azğınlıqla, homoseksuallıqla məşğul olurdu. Hz. Lut həmin qövmə bu azğınlıqdan əl çəkmələrini dedikdə isə onu dinləmədilər. Onun peyğəmbərliyini inkar etdilər və azğın əməllərinə davam etdilər. Bunun nəticəsində də həmin qövm dəhşətli fəlakətə düçar olunaraq məhv edildi.
"Lut bir zaman öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi HƏYASIZLIĞI sizmi edəcəksiniz? Siz QADINLARI ATIB ŞƏHVƏTLƏ KİŞİLƏRİN ÜSTÜNƏ GƏLİRSİNİZ. Siz doğrudan da həddi aşmış bir tayfasınız!" ... Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" (Əraf surəsi, 80-84)
Quranda bəhs edilən və yerlə-yeksan edilmiş Lut qövmünün yaşadığı şəhər arxeoloji qazıntılarla ortaya çıxıb. Bu şəhərin Tövratda bildirilən adı Sodomdur. Aparılan arxeoloji tədqiqatlara görə, şəhər bugünkü İsrail və İordaniya arasında yerləşən Ölü dənizin yaxınlığında yerləşir və bu ərazi bol miqdarda kükürdlə örtülüdür. BU ÇOX MÜHÜM DƏLİLDİR. Çünki kükürd vulkanik partlayışlar nəticəsində ortaya çıxan elementdir və Quranda bildirilən həlak forması da zəlzələ və vulkanik partlayışlara işarə edir.
Alman arxeoloqu Verner Keller (Werner Keller) bu ərazidə baş vermiş hadisələri belə şərh edir:
"Bu bölgədə bir gün özünü göstərən çox böyük çökmədə partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla yanaşı, dəhşətli zəlzələ baş vermiş və Siddim vadisi ilə birlikdə Lut qövmünün şəhərləri yerin dərinliklərinə qərq edilmişdir... Bu zəlzələ zamanı yer qabığının çatlayıb çökməsi həmin qabığın altında yatan vulkanlara asanlıqla yol açmışdır. İordaniyanın yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir. Burada əhəng qatlarının üzərində geniş lava və bazalt təbəqələri mövcuddur”. Werner Keller, Und die Bibel hat doch recht, 75-76
Bu lava və bazalt təbəqələri bir vaxtlar burada vulkan partlayışının və zəlzələnin baş verdiyini göstərən ən böyük dəlillərdir. Elə Lut gölü və ya digər adı ilə Ölü dəniz də aktiv seysmik zonanın, yəni zəlzələ ocağının düz üstündə yerləşir.
Peyğəmbərimizin dövründə bilinməyən Lut qövmünün düçar olduğu fəlakətin texniki tərəfləri dövrümüzdə geoloqların araşdırmaları ilə üzə çıxıb. Bu da Quranın haqq olduğunu göstərən dəlillərdən biridir.