Miqrantlarla və dünyada baş verən ixtişaşlarla bağlı görüntüləri, məlumatları demək olar ki, hər gün xəbərlər proqramlarından görürük və ya internetdən rast gəlirik. Hər gün keçdikcə bu hadisələr bəlkədə adiləşir bizim üçün. Amma əksinə olmalıdır, hər keçən gün baş verən hadisələrin ciddiyyətini dərk etməliyik artıq, bu hadisələri yalnızca nəql edənlərə deyil, olduğu kimi əsk etdirən, ən önəmlisi faydalı məlumatları da sunan qaynaglara da diqqət ayırmalıyıq. Unutmamalıyıq bu baş verənlər ciddi xəbərdarlıqdan ibarətdir, heç bir ölkə bundan siğortalanmayıb. Qadın uşaq öldürən zalimlər, miqrantlara belə rəhm etməyən dünya insanlığı gələcəyimizdən xəbərdar edir bizləri. Sevgisizlik, eqoistlik bütün dünyanı tutmağa çalışır. Nə qədər ki, çıxış yolu var, var-gücümüzlə cəhd etməliyik.
Cinayətkar güclər dünyada hegemonluq etmək istəyirsə və yalnızca niyyətləri fitnə-fucurdursa, bizə düşən isə yaxşıların tez bir zamanda ittifaq etməsidir. Çünki zülmə, pisliyə, qaranlığa qarşı, yaxşı insanların güclərinin birləşdirməsi lazımdır, əks halda dünyayı boğarlar ki. boğurlarda!! tam boğulmamsış, boğan əlləri dünyadan uzaqlaşdırmağı bacarmalıyıq.
Bizə düşən bir də mərhəmət duyğularımızdır. Əgər miqrantları zalimlər pərən-pərən edib küçələrə salırsa, onlara yardım etməyərək ən böyük zalimliyi edən bizlərik. Bu o da o deməkdir ki, biz dünyanını boğan əllərə əslində əlimizlə dəstək veririk.
Sülhə dəvət dən İslamın çatısı altına girməliyik. Rəbbimiz hər biriniz sülhə girin və şeytanın adımını izləməyin deyə bildirir. Ayədə müraciət hamımızadır. Bu bir başa zülmə dəstək verdiyimizə görə olan xəbərdarlıq deyil, bu xeyirə dəstək olmadığımız rəftarımıza görədir. Həm şeytanın planının içinə düşməməliyik, həm də sülh üçün, firavanlıq üçün cəhd etməliyik deməkdir.
Təhlükə anında çıxış yoluna qaçmamaq intihar etmək deməkdir. Dünyada baş verənlərə laqeyd yanaşmaq, biganə qalmaq gələcəyimizə əkdiyimiz risk toxumudur. Necə ki, o vaxt sovet dövləti siz qıracaq deyən bəzi xəbərdarlıqçılara, ola bilməz deyən millətim bu təcrübəni unutmamalıdır. Sovet dövləti qalmasa da iyrənc ideologiyanı yürüdənlər hələ də var.
Biz müsəlman ölkəsiyik, çıxış yolu da bizim dinimizdədir. İslam Birliyi qurulmasın deyə müsəlman ölkələrinə parazitlər kimi ilişib, qanımızı sorurlar.
İslim Birliyinin, mehdiyyətin gətirəcəyi sülhü, firavanlığı arzulamalıyıq. Axan qanların durması üçün cəhd etməliyik. Sevgisizlik, eqoistlik bəlasından qurtulmalıyıq ki, şər qüvvələrin yerini xeyir alsın. Dünyanın dəyişməsi insanlardan başlayır. Səndən məndən. Dünən başımıza gələn soyqırımları unudursaq, şəhidlərimizə hörmətimiz yoxdur demıkdir.
İnsanları nə vaxt ki, dinlərindən uzaqlaşdırıldılar, bəlalar artdı. Çünki din sülhə dəvət edirsə, oradan uzaq addımlar, yalnızca şeytanla addımlamaq deməkdir. Dinin izindən uzaqlaşmaq, şeytanın izinə düşmək deməkdir.
Atdığımız addımlara diqqət edək. Bu dünya qəti sürətdə, oxuyub-karyera-ailə sahibi olub, insanlar arasında özünü sübut etmək üçün yaradılmayıb.
Bu dünya vcdanlarımız qarşısında cavab verəcəyimiz bir sonluq üçün yaradılıb, Allah qarşısında özümüzü necə nümayiş etdirəcəyik deyə sınanmaq üçün yaradılıb. Dünyada qazandıqlarımızı zənn etdiyimiz şeyləri Allah istəsə bir gün içində məhv edə bilər. Ona görə də ilkin mənsubiyyətimzi yəni əsl məqsədimizi unutmamalıyıq, unutmamalıyıq ki. özümüzdən başqa heç nə fikirləşməyən vaqlıqlara çevrilməyək!!