Quranda halal və haramlar açıq şəkildə bildirilmişdir. Din asandır. Müsəlmanlar Allahın bildirdiyi hüdudlar çərçivəsində azad yaşayırlar. Rəbbimiz “Allah sizin üçün çətinlik yox, asanlıq istəyir” (Bəqərə surəsi, 185) buyurmuşdur.
Müəyyən qisim insanlar isə elə düşünürlər ki, din nə qədər çətin olsa, o qədər məqbul hesab olunur. Dini çətinləşdirmək üçün də Peyğəmbərimizdən (səv) və sahabələrdən həqiqəti əks etdirməyən nümunələr gətirirlər. Lakin unudulmamalıdır ki, bunlar Peyğəmbərimizə (səv) atılmış böhtandır. Çünki Peyğəmbərimizin (səv) sünnəsi Qurandır və Rəsulullah (səv) heç vaxt Qurana zidd hərəkət etməmişdir.