Предыдущая публикация
Ulumdan vəsiyyət sözüm,söhbətim,
Qeyrətdir,şərəfdir mənim ismətim.
Tanrıdan bu imiş payım,qismətim,
“Saqqal gəzən dağda,sən də gəz oğul.
Torpağımdan sağalmayıb yaralar,
Babalardan miras qalmış Vətən var.
Qarabağda məzarlıqda uyan var,
Al silahı, qır düşməni,əz,oğul.
Nadanlar qoy al qanına bələnsin,
Namərd qanı səngərinə çilənsin.
Nərəmizdən qayaları dillənsin,
Ol yurduna,Vətəninə, göz ogul.
Biz dönək ocağa,alova,közə,
Yayılaq obama,çəmənə,düzə.
Təbəssüm tez qonsun dodağa,üzə,
Qoy çağlasın bulaq başı,söz,oğul.
Müəllif: Xəlil Əhmədoğlu
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев