Предыдущая публикация
Ulumdan vəsiyyət sözüm,söhbətim,
Qeyrətdir,şərəfdir mənim ismətim.
Tanrıdan bu imiş payım,qismətim,
“Saqqal gəzən dağda,sən də gəz oğul.
Torpağımdan sağalmayıb yaralar,
Babalardan miras qalmış Vətən var.
Qarabağda məzarlıqda uyan var,
Al silahı, qır düşməni,əz,oğul.
Nadanlar qoy al qanına bələnsin,
Namərd qanı səngərinə çilənsin.
Nərəmizdən qayaları dillənsin,
Ol yurduna,Vətəninə, göz ogul.
Biz dönək ocağa,alova,közə,
Yayılaq obama,çəmənə,düzə.
Təbəssüm tez qonsun dodağa,üzə,
Qoy çağlasın bulaq başı,söz,oğul.
Müəllif: Xəlil Əhmədoğlu
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 43
OL YURDUNA VƏTƏNİNƏ GÖZ OĞUL
ƏLAAAAAAAAAAAAA
Bizim topumuz raketimiz olsaydı o yurdu obanı əlbət də qoruya bilərdik rus fahişələri olmasaydı erməni nəkarə idi duruş gətirə biləydi
İndi biz o yurdun şəkillərinə baxıb tütün kimi korşala korşala yanırıq
Bəli Vətəni sevməyi gənclərə öyrətməliyik gənclərimiz bilməlidir ki uluların yatdığı yer Vətəndir Vətənə dönmək üçün mübarizə aparmaq Vətən uğrunda candan da keçmək lazımdır