Oğul verdim xidmətinə şanlı bayraq,
Zirvələrdə mətin dayan,dalğalan.
Nalədən,haraydan şəhidim oyaq,
İstəsən can verər sənə hər balan.
Cənnətdir çölləri dağı,yamacı,
Vətənin başından enməzdir tacı.
Ulumun,indimin zirvə möhtacı,
İstəsən can verər sənə hər balan.
Doğuldum vətənçün Həcər anadan,
Qoruyam yurdumu xəta-bəladan.
Yazıb taleyimi:Ulu Yaradan,
İstəsən can verər sənə hər balan.
Ar olsun bu yurda nankor baxana,
Dövlətmin rəmzinə qara yaxana.
İstiqlal yolunda haqqa axana,
Anatək istidir bizə bir ünvan.
Yaşa Vətənimiz,can Azərbaycan !
Gündüzüm saralıb zülmətə dönsə,
Gözümün nuru da yox olub getsə.
Dağlar parçalanıb üstümə gəlsə,
Özü qibləgahdır tamam xaniman.
Yaşa Vətənimiz,can Azərbaycan !
Müəllif : Xəlil Əhmədoğlu
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев