Предыдущая публикация
Nə arzuma çatdım, nə kama yetdim,
Zamansız dən saldım telə yaşadım.
Kədərdən,qüssədən bir saray tikdim,
Döndü göz yaşlarım selə yaşadım
Mən də öz ömrümü belə yaşadım.
.
Nakam arzum urəyimi dağladı.
Ümüdlərim qəlbdə yara bağladı.
Gah kül etdi, gah da coşub- çağladı.
Verdim qismətimi yelə yaşadım.
Mən də öz ömrümü belə yaşadım.
.
Esmirayam, sevinmədim gülmədim.
Xoş gün nədir,sevinc nədr bilmədim.
Dərdlərimi bir kimsəylə bölmədim.
Həsrət qaldım doğma elə yaşadım.
Mən də öz omrümü belə yaşadım.
Müəllif Esmira Tahirqı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 11