Предыдущая публикация
Heç ne bir-biriyle tən ola bilmir.
Hara gedirəmsə xəyalımda sən,
Ürək şadlanmayır, şən ola bilmir...
♡♡♡
Sözlər eşidirem sözüne benzer,
Kederli gözler var, gözüne benzer,
Insanlar görürem özüne benzer,
Dəni saçındaki dən ola bilmir...
♡♡♡
Yorur sənsizliklə bu savaş məni,
Boğur qeher meni, gözde yaş meni,
Belke de bilirler qelbi daş meni,
Kimse birce anlıq mən ola bilmir...
♡♡♡
Ruhum ruhun ile qovuşmur yenə,
Düşürəm yağışa, borana, çənə,
Kainat yığışıb gelse de mənə,
Inan ki, sən deyil, sən ola bilmir.[ Şeirin müellifi bilmirem kimdi ]
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından –
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.
…Gülmə hər yıxılana,
atam balası, gülmə,
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…