(Oxuduqlarımdan,gördüklərimdən,eşitdiklərimdən,düşündüklərimdən)1. Bir yerdə olarsa güclə ədalət,
Daim zəfər çalar hər yerdə əlbət.2. Ən böyük möcüzə sayılır insan,
Çün özü mocüzə yaradır hər an.3.Paltara bənzəyər həyayla namus,
Ləkəsi düşdüsə alınar pulsuz.4. Biliyi ağlından çox olan insan,
Hər yerdə hər zaman çəkər hey ziyan.5.Nə alqışla doğ(ul)ar anadan insan,
Nə qarğışla köçər fani dünyadan.6.Yaxşılıq qocalır ən tez dünyada,
Çünki onu salır az adam yada.7.Özünə inamın olarsa əlbət,
Həyata tez keçər etdiyin niyyət.8.Çox sevər o evi uca Yaradan,
Orda yetimlərə verilir ehsan.9.Göz baxmaqdan doymaz, torpaq yağışdan,
Alim oxumaqdan,nadan alqışdan.10.Düşməndən gizlətsən bir sirri əgər,
Dostuna da demə, ziyanı dəyər.
+++++++++++++++++++++++++
+++++++++++++++++++++++++
1. Aşiqlik insana verər əziyyət,
Dostluqdan hər zaman çəkilər ləzzət.2.Bulanıq bir suyu sakit sən burax,
Özü özbaşına çəffaf olacaq.3.Heç kəsə vəd vermə çalış heç zaman,
Vəd versən əməl et mütləq sən o an.4.Onunçün böyükdür dəniz hər zaman,
Ən kiçik çayı da rədd etmir heç an.5.Namusu alverə çevirən insan,
Varlanmaq qismeti olmaz heç zaman.6.Gecə səmasına bənzəyər ümid,
Ulduztək tapırsan irəli keçid.7. Müdrikin verdiyi zəhəri al iç,
Axmaqdan götürmə balı, kənar keç.8.Özünə qoymayan heç bir vaxt hörmət,
Özgə qarşısında çəkər xəcalət.9.Sənin yığdıqların deyildir sərvət,
Yaxşı əməllərdir çoxlu var-dövlət.10.Müdrikliyə çatmaq deyil kifayət,
Ondan istifadə gözəldir əlbət.++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++
1.Hər bir kəsin dostu sayılsa insan,
Heç kəsə dost olmaz ondan heç zaman.2.Dəhşətli bir haldır dostlarsız qalmaq.
Ən böyük bəladır ümidsiz olmaq.3.Düşməni sən kiçik sanma heç zaman,
Çünki qığılcımdır odu yaradan.4.Həqiqətdən doğar küdurət, nifrət,
Çünki acı olar düzlük,ədalət.5.Ən ağır xəstəni sağaldar loğman.
Axmaqlığa isə tapılmaz dərman.6.Əgər susuzluqdan yanarsa bir kəs,
Dolçanın forması təfavüt etməz.7.Ölməz o kəsdir ki,özündən sonra,
Böyük və faydalı yadigar qala.8.Rəhbərlik edərsə qoyunlara şir,
Düşmən ordusunu tez edər əsir.9.Səndən çox bilirsə düşmənin əlbət,
Ondan öyrənməyin deyil qəbahət.10.İtlərin haqqında xoş sözləri sən,
Yanından keçəndə deyə bilərsən.11.İnsan övladının öz xasiyyətin,
Mənsəblə vəzifə dəyişər yəqin.12.Kimsə yazdığımdan götürsə ibrət,
Seyyid Süleymana oxusun rəhmət 15---20.02.2015
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 22