İlahi, dünya və axirətdə bizləri səni yad etməkdən çəkindirmə.Hər iki məkanda dərgahını bizə çox görmə.Sevgi ilə yaratdın, sevgisiz ömür nəsib etmə.Bizləri axirətdə Əhlibeyt (ə)ın həqiqi tərəfdarlarından qərar ver...💚*_
_Lə İlahə İlləllah - Qəlbimizi qaraltma!✨_
_Lə İlahə İlləllah - Ruzi'mizi daraltma!✨_
_Lə İlahə İlləllah - Bizi imansız buraxma!✨_
_Lə İlahə İlləllah - Özünə qul etməkdən bir an belə bizi ayırma!✨_
_Lə İlahə İlləllah - Hesabsız səbir ver!✨_
_Lə İlahə İlləllah - Əzabsız qəbir ver bizlərə, Allah'ım!✨_
*Amin Ya Rəbb'əl Aləmin. 🤲🏻🌿🕊️*
Əhməd ibn Hüseyn bizə Əhməd ibn İbrahimdən, eləcə də Əhməd ibn Zəkəriyyədən, o da Muhəmməd ibn Nüeymdən, o da Yəzdan ibn İbrahimdən, o da ona rəvayət edən əshabından İmam Əbu Abdullah Sadiqin (ə) belə buyurduğunu nəql edir:
“Əmirəl-möminin Əli (ə) buyurur: “Allaha and olsun ki, Uca Allah mənə əvvəllər Muhəmməddən (s) savayı heç kəsə verilməmiş doqquz şey vermişdir: mənim üçün yollar açılmış, nəsəb və mənşələr haqqında elm öyrədilmiş, buludlar mənim üçün hərəkət etdirilmiş, ölümlər və əcəllərin, bəlaların və düzgün hökm etmək elmi mənə öyrədilmişdir. Rəbbimin izni ilə mələkuta nəzər salmışam. Özümdən əvvəlkilərin elmindən xəbərsiz qalmamış, özümdən sonrakıların məlumatları məndən uzaq tutulmamışdır. Yalnız mənim vilayətimlə Uca Allah bu ümmətin dinini kamala çatdırmış, onlara olan nemətini tamamlamış və onlar üçün İslamı din olaraq bəyənib seçmişdir. Vilayət günü (Qədir-Xum günü) Uca Allah Peyğəmbərə (s) belə buyurmuşdu: “Ya Muhəmməd, Mənim tərəfimdən onlara xəbər ver ki, bu gün onların dinini kamala çatdırdım, onlara olan nemətimi tamamladım və onlar üçün din olaraq İslamı bəyənib seçdim”.
Bütün bunlar Allahın mənə bir ehsanı və lütfüdür. Həmd Ona məxsusdur!”
(Bəsairud-Dərəcat, səh 278, hədis 4.) EŞQ VİLAYETİ 313
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2