Yaxşı ki varsınız,dostlarım!…
Mən sizləri tanıdığım üçün çox xoşbəxtəm…
Əgər sizlər də məni tanıdığınıza xoşbəxtsinizsə…
O zaman məna qazanar xoşbəxtliyim…
Yaxşı ki, varsınız,dostlarım!…
İnsan olmağa çalışmaq ən böyük xəyalınız olsun…
Vicdanınızın səsi hər vaxt,nəfsinizin səsinə qalib gəlsin…
Çörəyinizə haram,dilinizə yalan bulaşmasın,dostlarım…
İnsanı insan edən,həyatına məna qatan..,
Cəmiyyətləri dəstək olan,özündə dincliyi və barışı saxlayan..,
İnsanca yaşamağın təməli olan dəyərlər..,
Düzgünlük,mərdlik,əmanətdə əmin olmaq,verdiyin sözdə dayanmaq..,
Vəfa,sədaqət,insaf və xoş görüş ən diqqətə çarpan tərəfiniz olsun…
Yaxşı ki, varsınız,dostlarım!…
Sevgi və mərhəmət çiçəkləri elə kök salsın ki ürəyinizə…
Heç bir qüvvətin gücü çatmasın onları ürəyinizdən sökməyə…
Dostlarım,Rəbbim səni mənlik divarını aşa bilməyənlərdən…
Xətir – könül bilməyənlərdən..,
Ana və atasına üsyankar olanlardan etməsin…
Dost,möhtac olduğun,əl açıb boyun bükdüyün..,
Tək qapı Haqq qapısı olsun…
Yaxşı ki doğuldunuz dostlarım…
Atdığınız hər addım və hər yeni yaş…
Gerçək xoşbəxtliyə çatmağınıza vəsilə olsun…
Amma əsla yanılma gerçək xoşbəxtlik..,
Nə dərdsiz – dərdsiz yaşamaqda,nə hər istədiyinə sahib olmaqda..,
Nə də uzunboylu,qaraqaşlı,quru gözlü yarda…
Xoşbəxtlik olsun qismetiniz
Комментарии 11