Предыдущая публикация
Günlərini say, sərvətini say, böyüklərini say, amma yerində sayma.
Satıcı ol, alıcı ol, qalıcı ol, bulucu ol, amma bölücü olma.
Yoldaşını bəyən, işini bəyən, aşını bəyən, amma özünü bəyənmə.
Fidan böyüt, qəribi doyur, uşaq bəslə, amma kin bəsləmə.
Dəvət et, heyrət et, nifrət et, tövbə et, amma xəyanət etmə.
Əlini aç, gözünü aç, qapını aç, amma ağzını açma.
Oxumaqdan ziyan gəlməz, oxu, amma lənət oxuma.
Rəqibini keç, sərhəddini keç, amma gülüb keçmə.
Minik al, abdəst al, amma bəd dua alma.
İtil, atıl, amma satılma.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев