Günlərin bir günündə bir qoca şahin, aşkar
Görüb bir göyərçini, istədi etsin şikar.
Canının qorxusundan pərvaz etdi göyərçin,
Hər hara pərvaz etdi, dalınca uçdu şahin.
Çox uçdu dağ-daş ilə, qalmadı çöl-biyaban
Bəlkə canın qurtara şahinin caynağından.
Amma əcəl yetişmiş, qalmayıb yol əlaca
Əlin üzüb həyatdan, oturdu bir ağaca.
Başın saldı aşağı, canda qorxu, vəlvələ,
Barışdı əcəliylə, gözlədi şahin gələ.
Amma gözü sataşdı aşağı bir an ilə,
Dayanıb ovçu əldə hazır ox kaman ilə.
Ox ilə dartıb ipi, hilal olubdur kaman,
Ki, bəs budur hədəfdə, alıb vücudun nişan.
Səmadan şahin gəlir, aşağıda ovçu var
Gördü tamam əcəli çatıb açıq-aşikar.
Hər bir şeyə ümidi kökündən paralandı
Qəlbində tək Xudaya qəfil ümid yarandı.
Ki, yaşamaq istədi ol Xudayi-Kərimdən,
Bunun üçün Rəbb ona nicat verdi ölümdən.
Kolluqların içindən sürünərək bir ilan,
Zəhərlədi ovçunu, sancaraq ayağından.
Ovçunun əlindəki ox çıxaraq kamandan,
Dəhşətli sürət ilə yayındı nişanından.
Amma səmada tapdı özüyçün hədəf yenə,
Dəydi ağ göyərçini təqib edən şahinə.
Ovçu yerə yıxıldı və yerə düşdü şahin,
Böyük şadlıq içində uçub, getdi göyərçin.
Yaxşı-yaxşı qulaq as, eşit bunu ey insan,
Hər hansı dərdə düşsən, ümid üzmə Xudadan.
Pənahın olsun Xuda, çünki Kərimdir Allah.
Bəxş eləyər nemətin, daim bizlərə Vallah.
Eşq Vilayeti 313
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев