Azərbaycan son illərdə sürətli iqtisadi inkişaf yolu keçmiş, bu inkişaf təkcə paytaxt Bakı ilə məhdudlaşmamış, regionlara da sirayət etmişdir. Bölgələrdə parkların salınması, abadlıq və sosial rifahın təzahürü. Sosial infrastruktur layihələrinin uğurlu nümunələrindən biri Sabirabad rayonunun Nizamikənd kəndində salınmış park-kompleksdir. Ümumi sahəsi təxminən 1 hektara yaxın olan bu park-kompleks kənd və ətraf yaşayış məntəqələrinin sakinləri üçün gözəl istirahət məkanıdır.