https://www.youtube.com/watch?v=s4KEowaJAU0
Qadının kişinin qabırğa sümüyündən yaradılması əfsanəsi Qurandan xaric inancdır. Bu mifoloji yanlışlıq uydurma hədis və rəvayətlərlə dini həqiqət kimi göstərilməyə çalışılır. Halbuki Quranda açıq şəkildə hər ikisinin tək nəfsdən yaradıldığı bildirilir.
Qurandan kənar mənbələrin təsiri ilə yazılan Quran məallarında düzəliş edilməlidir. Qadın kişinin qabırğa sümüyündən yaradılmayıb. Hər ikisi eyni nəfsdəndir. Ayədə belə yazılır:
Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və hər ikisindən də bir çox kişi və qadın törədib yayan Rəbbinizdən qorxun!… (Nisa surəsi, 1)
1. ya əyyuha: ey
2. ən nasu: insanlar
3. ittəqu: təqvalı olun
4. rəbbə-kum

: Rəbbinizə qarşı
5. əlləzi: O ki
6. xələqə-kum: sizi yaratdı
7. min: -dan2
8. nəfsin: bir nəfs
9. vahidətin: bir (tək)
10. və xələqə: yaratdı
11. min ha: ondan
12. zəvcə-ha: onun zövcəsini (xanımını)
13. və bəssə: yaydı, törətdi
14. min-huma: onlardan
15. ricalən: kişilər
16. kəsiran: çoxlu sayda
17. və nisaən: qadınlar
Burada iki sözə nəzər salacağıq:
1. min ha – ondan
2. min huma – onlardan
Bu qeyd etdiyimiz sözlər nəfsi vurğulayır. Bəs ilk yaradılışdakı nəfs nədir?
Allah Quranda insanı sudan, torpaqdan və palçıqdan yaratdığını bildirir. İlk yaradılışdakı nəfs su və torpaqdakı mineralların bir araya gəldiyi durumdur. Bu, nəfsi əmələ gətirir.
Məsələn, palçıqdan 90 kq-lıq bir insan düzəldiləcəyinizi düşünün. Təsəvvür edin ki, 70 kq-a qədər su və insan bədənindəki minerallar torpaqdan alınıb eyni qaba əlavə edilir. Qabdakı su və minerallardan ibarət qarışıq (nəfs) palçığa dönəcək. Belə ki, nəfs yaradıldı və indi də Adəm yaradılır və ondan da (min ha), yəni eyni nəfsdən onun xanımı (zövcəsi) yaradılır.