Bəziləri əmrə tabe olmayaraq qaçmağa çalışıb. Bəziləri də avtomobili polisdən almaq üçün azyaşlı övladını yalvarmağa məcbur edib.
Digər sürücü isə maşını saxlayaraq polisdən qaçarkən özünü yolun kənarındakı ağaca çırparaq xəsarət alıb.
Reyd zamanı yaşanan maraqlı dialoqlardan bəziləri
"Atamın evindən gəlirəm, molladır"
"Kəmərə görə dayandırıldı, spirti iyi gəldi həkimə aparırıq".
Ağlayan uşağına "rəisə de ki, maşını burax gedək evə" deyən sürücüyə polisin yazığı gəlib.
"İçmişəm əmioğluma demişəm ki, sən sür. Ona yox mənə yazın cəriməni"
Polisdən avtomobili ağaca çırpılan şəxsə polisin sualı: Özünü niyə ağaca çırpırsan? Cavab: Hara çırpmalıyam.
Yol Polisi əməkdaşlarının Bərdədə keöirdiyi reyddə qaydaları kobud şəkildə pozan, avtomobilin konstruksiyasına dəyişiklik edən, sənədsiz və sərxoş xeyli sürücü aşkarlanıb. 60-dan artıq sürücü barəsində inzibati protokol tərtib edilib.