Dağıstanda 400 azərbaycanlının saxlanıldığı deyilir
Опубликовано: 13 февр. 2017 г.
Fevralın 9-da Rusiya Federasiyasının Dağıstan Respublikasında Miqrasiya Xidməti reyd keçirərək 400-ə yaxın Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə Meydan TV-yə saxlanılanlardan biri məlumat verib və videogörüntüləri göndərib. Adının açıqlanmamasını istəyən şəxsin sözlərinə görə, onlar sənədlərinin qaydasında olmamasına, vaxtından artıq ölkədə qaldıqlarına görə saxlanılıblar.