ATV də yayınlanan " “İlqarla xeyrə qarşı” verlişinin qonağı 5 yaşlı Nuray Rəhman olub. O, verilişdə Şəmistan Əlizamanlının "Əsgər" mahnısını ifa edib. Nurayın azyaşlı olmağına baxmayaraq mahnını ürəklə ifa etməsi izləyənlərin diqqətindən yayınmayıb. İzlənmə rekordu qıran videonu təqdim edirik. Əsgərlərimizin şərəfinə !!!
"Şəmistan Əlizamanlı - İgid Əsgər"
Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban,
Sinəsiylə sipər olan,
İgid əsgər, möhkəm dayan!
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç,
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!
Salam Vətən, salam ana,
Çətin gündə bizi sına,
Qanla cavab verərək qana,
İgid əsgər, möhkəm dayan!
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq,
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan!