14.11.2012-ci il
İqbal Ağazadə:"Komitənin iclasında mən bir sıra məsələlərə münasibət bildirmişdim, hörmətli Samir müəllim də bu məsələlərin bəzilərini cavab-landırmışdı. Plenar iclasda da bir sıra məsələlərə öz müna-sibətimi bildirmək istəyirəm.
İlk növbədə büdcənin neftdən asılılığı məsələsinə münasibətimi bildirmək istəyirəm, çünki bunu dəfələrlə parlamentdə qaldırmışam, amma təəssüflər olsun ki, Azərbaycanda bu məsələ ildən-ilə irəliləmək əvəzinə geriləyir. Bu gün Azərbaycanın ixrac potensialının 94 faizi neft məhsullarıdır. Bu, bir ölkə üçün çox ciddi faciədir, çox ciddi problemdir. Nəzərə alsaq ki, büdcənin 60 faizi transfertlərin, 25 faiz isə bilvasitə neftdən gələn gəlirlərin hesabına formalaşdırılıb, dediyim mənzərə sizin üçün bir daha aydın olar.
Hökumət, qeyd etdiyim kimi, ciddi doktrina qəbul etmə-lidir və növbəti mərhələdə xərclədiyi pulların qeyri-neft sektorundan gələn gəlirlərlə bağlı mənbəyini müəyyənləşdirməlidir. Çox təəssüflər olsun ki, Azərbaycan hökuməti uzun illərdir, neftin üzərində bir büdcə formalaşdırır, amma neftdən asılılığın aradan qaldırılması istiqamətində, demək olar ki, heç bir addım atmır.
Burada qeyd olunur ki, qeyri-neft sektorunda yeni iş yerləri açılır və sair. Burada 5100 müəssisənin adı qeyd olunur, qarşısında isə yazılır ki, 72 min daimi iş yeri açılıb. Hər müəssisəyə 14 iş yeri düşür. 14 nəfərlik bir müəssisənin hansı şəkildə işləməsi, bütövlükdə həm iqtisadiyyata, həm də işsizliyin aradan qaldırılmasına verə biləcəyi xeyrin miqyası mənə məlum deyil. Nəzərə alsaq ki, ölkədə həm də antiinhisar siyasəti bütövlükdə düzgün istiqamətləndirilmir, Antiinhisar Komitəsi faktiki olaraq fəaliyyət göstərmir və ölkədə inhisarçılıq baş alıb gedir, onda bu, dediyim fikirləri bir daha təsdiq etmiş olar"