Rejissor:Zaur Akif oğlu
Söz :Rəhim Mehdiyev
Mus:Fuad İbrahimov
Aranjıman:Ruslan Səfəroğlu
"OĞLUM"
Bu həyat üzümə gülmədi nədən
Canımı apardı canımdan gedən
Məzara sarıldım buz kəsdi bədən
Üşüməsin yetərki məzarda oğlum
Bilməzsiz nə acılar çəkirəm hər gün
Sel kimi göz yaşı tökürəm hər gün
Bədənim sizlərə sağlam görsənir
İçəridən məhv olub bitirəm hər gün
Oğlum, səsin gəlmir daha otaqdan
Oğlum ,isinə bilmirəm sənsiz otaqda
Oğlum, yerimiz dəyişik düşübdür bizim
Mən evdəyəm sən qara torpaqda
Dağları yarardı onun baxışı
Sevərdi səssizcə yağan yağışı
Allaha yalvardım yay elə qışı
Üşüməsin yetərki məzarda oğlum
Bilməzsiz nə acılar çəkirəm hər gün
Sel kimi göz yaşı tökürəm hər gün
Bədənim sizlərə sağlam görsənir
İçəridən məhv olub bitirəm hər gün