Endirmə linki:
https://soundcloud.com/koryolchu/koryolcu-feat-ilah-ilah
Mixing & mastering: Sərxan İsgəndərov
Beat: Kafka aka Makintosh
Video: Mask
Home Studio/2015
Verse 1.
Sən - yağış damcılarının içində bir xoş xəbərsən.
Buludlar ağlamır əslində; sən - ağ göyərçinsən.
Özünlə gətirdiyin sübutlar gərəkdi bizə.
Səmada heç nə yoxdu, Günəşlə Ay bəsdi bizə.
Sən real olmasan da, varsan, indi yanımdasan.
Sən - uzağı olmayan bir uzaqdasan: yadımdasan.
Səni mən yuxularımda görə bilirəm, heyif, yoxsan.
Ayılmaq istəmirəm, varlığın yox olar, yoxsa.
Sən mənim tanımadığım əsl mən`sən - içimdəsən.
Sən elə şərabsan ki, şərabın özünə içirdəsən.
Şairi sərxoş edən cümlədi, cümlənisə, sən.
Sən - sənə yazdığım şeirsən, indi əlimdəsən.
Sən məhkum idin yuxularımda, amma azad etdim.
Bəlkə də, sənli yuxularım YOLÇU`nu yazar etdi.
Yanımda boşdu yerin, yuxularımdan ibarətsən.
Mahnının içində mən sən`əm, sənsə, nəqarətsən...
Chorus: (x1)
Hər bir insan üçün, ona gərəkdi özü kimi bir insan ola.
Amma, onu axtarmasan, ruhuna qar yağar, o, yenə üşüyər.
Təkliyə məhkum olan, insan oğlu özü istəmədi bunu.
Gözləməyinin nəticəsidi, ürəyin yenə tələsir görüşə...
Verse 2.
Sən - azadlığımın olmadığı bu yerdə təsəllimsən.
Sən - dəyəri ölçülə bilməyən qız; milyonda birsən.
Sən - həzin musiqisən, xoş günümdə görünmürsən.
Sən yalnız məndə var idin, amma daha ölümsüzsən.
Sən - mənim ilk mübarizəm, edirəm varlığımla.
Sən pıçıltı ilə danış, mən eşidəcəm karlığımla.
Sən bizə sevgi gətirdin, amma biz qovduq onu.
Sən kainatla qarışmısan deyə, o, sonsuz olub.
Sən - sevdiyim qız üçün yazdığım dördüncü şeirsən.
Sən - mənə həm pis, həm də yaxşısan; bizik xeyir-şər.
Sən - "sevgi həqiqətdi" cümləsinin nöqtəsisən.
Sən - görmədiyim Günəşsən, əgər ki, kölgə sirrdisə.
Sən - uzağı yaxın edə bildin, sevgiyə sübut kimi.
Sən - yanlış əməllərimə son qoyursan, hüdud kimi.
Sən - bütün varoluşun gözəlliyinə nişanəsən.
Daha heç şübhəm yoxdu, sən sonuncu İlahə`sən...