Əgər beynimiz kainatın böyüklüyünü həqiqətən idrak edə bilmirsə, kainatdakı yerimizi necə bilə bilərik?
Bu nöqtədə “müqayisə üsulu” dünyanın kainatdakı ölçülərini və miqyası anlayışını anlamağa kömək edəcək bir vasitə olur.
Məsələn, Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Bunu bir bənzətmə ilə izah edək ...
Əgər Yer kürəsini kiçik şar böyüklüyünə çevirsək, Günəş də bir futbol topunun iki misli qədər böyüklükdə yumru bir kürə halına gəlir. Burada diqqət çəkici olan, aradakı məsafədir. Həqiqətə uyğun bir model qurmamız üçün, kiçik şar böyüklüyündəki Yer ilə, top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş sisteminin ən kənarında olan planetləri isə kilometrlərlə uzağa daşımamız lazım olacaq.
Bu bənzətmə ilə Günəş sisteminin nəhəng bir ölçüyə sahib olduğunu düşünmüş ola bilərsiniz. Əslində Günəş sistemi Süd Yolu qalaktikası ilə müqayisədə təvazökar bir ölçüyə malikdir. Çünki Süd Yolu qalaktikasının içində Günəş kimi və çoxu ondan daha böyük olmaq üzrə təxminən 250 milyard ulduz vardır.
Süd Yolu o qədər böyük ulduz qrupudur ki, bir reaktiv təyyarə ilə səfərə çıxsaydıq, bir ucundan digərinə getməmiz 100 milyard il davam edərdi. Heyrətverici olan, Süd Yolu qalaktikasının ümumi sahəsi kosmosa nəzərən çox “kiçik” sahəyə sahib olmasıdır. Kosmosda başqa qalaktikalar da vardır, həm də təxminən 200-300 milyard sayda. Həmişə yeni kəşflər edildiyi üçün tam rəqəm bilinmir.
Bizə ən yaxın qalaktika olan Andromeda qalaktikası isə təxminən 2,5 milyon işıq ili uzaqlıqdadır.
Sərhədlərinə çata bilmədiyimiz qədər böyük kainatın içində dünyamız çox xüsusi həyatın olduğu yer olaraq tanınır. Minlərlə metrlik dağları ilə, geniş düzənlikləri ilə, nəhəng okeanları ilə Yer kürəsi bizə görə çox böyük və genişdir. Amma kosmosun nəhəng ölçülərinə görə demək olar ki, yox deyiləcək qədər az yer tutur.
Kainatın genişliyi və göy cisimlərinin böyüklüyünü düşündükdə, dünyanın ölçüləri sanki qumsaldakı bir qum dənəsi qədər kiçik olar.
Kainatdakı kiçik yerimizi təsəvvür etməyin daha yaxşı yolu bir müddət sonra ekranda görəcəyiniz şəkildir. Bunun adı “Solğun mavi nöqtə”dir
Təxmin etdiyiniz kimi fotoşəkildəki bu kiçik bulanıq mavi nöqtə dünyanı kosmosun sonsuzluğu içində tək başına göstərir.
Voyacer 1 kosmik gəmisi Yer kürəsinin 6,4 milyard km kimi uzaq məsafədən şəklini çəkdi. Astronom Carl Sagan bu təsir edici mənzərəni bir çıxışında belə deyir:
Bu nöqtəyə təkrar baxın. Ora evimizdir. O bizik. Sevdiyiniz və tanışınız, adını eşitdiyiniz, yaşayan və ölmüş olan hər kəs ordadır. Kainatın sonsuzluğu qarşısında dünya çox kiçik bir səhnədir. Bütün o generallar və imperatorlar tərəfindən axıdılan qanlı çayları düşünün, qazandıqları zəfərlərlə bir toz zərrəsinin bir anlıq əfəndisi oldular. Təkəbbürlüyümüz, özümüzə verdiyimiz əhəmiyyət, kainatda vacib mövqeyə sahib olduğumuz haqqında sayıqlamalarımız hamısı bu zəif işıq nöqtəsi ilə məhv edilir. Planetimiz, onu əhatə edən kosmosun qaranlığı içində tək bir toz zərrəsidir. (Astronom Carl Sagan)
İnkişaf edən elm sayəsində məhz bu şəkildə kainatdakı yerimizi daha dəqiq anlayırıq və özümüzü böyük görməyin necə səhv olduğunu dərk edirik.