ATEİZM İDEOLOGİYASININ SƏBƏB OLDUĞU İNSANLIQ FACİƏLƏRİ
Çap edilməsi və yayımlanması olduqca asan olan, “elm” maskası ilə kamuflyaj edilmiş ateizm əsaslı “ideologiya” kitabları cəmiyyəti zəhərləyir.
Bu ideologiyanın səbəb olduğu saysız dəhşətlərdən bir neçəsini sizlərlə paylaşırıq.
Dünya üzrə ateizmin bayraqdarı və ən böyük ateist alimi hesab edilən Riçard Doukinz 2006-cı ildə İngiltərədə “Tanrı illuziyası” (The God Delusion) adlı kitabını çap etdi.
Amerikada Jes Kilqor adlı 22 yaşlı tələbə öz müəlliminin tövsiyyə etməsindən sonra bu kitabı oxumuş və evinin yaxınlığındakı meşədə intihar etmişdi.
1) Conservapedia: Trustworthy Encyclopedia: Richard Dawkins and Jesse Kilgore
2)
https://www.wnd.com/2008/11/81459/
Riçard Doukinz kitablarının insanlar üzərində meydana gətirdiyi dəhşətli təsiri öz dili ilə belə ifadə edir:
“İlk kitabımın oxucusu, kitabı oxuduqdan sonra, verdiyi soyuq mesajdan çox böhrana düşdüyünü və üç gecə boyunca yata bilmədiyini etiraf etdi. Bəziləri də mənə səhərlər oyanmağa necə dözə bildiyimi soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə giley dolu məktub göndərdi. Məktubunda, eyni kitabı oxuyan bir şagirdinin ona göz yaşları içində gəldiyini və həyatın boş və məqsədsiz olduğu düşüncəsinin mənfi istiqamətdə təsir etdiyini yazırdı. Müəllim, digərlərinin də eyni “heçlik pessimizmi”ndən təsirlənməmələri üçün, şagirdinə kitabı başqalarına göstərməməsini tövsiyə edib.” (Richard Dawkins, Unweaving The Rainbow, Houghton Mifflin Company, Nyu-York, 1998, səh. 9)
6 noyabr 2019-cu il tarixində İstanbulun Fatih məhəlləsində intihar hadisəsi baş verdi. Qapısında “Diqqət sianid var” yazısı olan evlərində cansız bədənləri tapılan 2 bacı və 2 qardaşın, ekspertizada sianid içərək intihar etdikləri ortaya çıxdı.
İntihar edənlərin evindəki kitab rəfində ateizmi təbliğ edən kitablar yer alırdı. Bunlardan ən diqqət çəkəni yenə təkamül nağılının ən qızğın müdafiəçilərindən olan Riçard Doukinsin “Tanrı illüziyası” kitabı idi. 2008-ci ildə Türkiyədə bu kitaba, xalqı kin və düşməçiliyə təhrik etməsinə görə dava açılmışdı.*
1)
http://www.ahvalturk.net/gundemdeki-o...
2)
https://www.yeniakit.com.tr/haber/ate...
Yenə qatı darvinist olmuş, 17 uşağı vəhşicə öldürüb bəzilərinin də cəsədlərini yemiş Amerikalı seriyalı qatil ateist Cefri Damer, bir müsahibəsində etdiklərinin səbəbini bu sözlərlə açıqlayıb:
“Əgər bir insan, Özünə qarşı məsul olduğu bir Yaradıcının var olduğunu düşünmürsə, o halda niyə uyğun sərhədlərdə tutacaq şəkildə davranışlarınızı islah etməyə çalışasınız? Mən də məhz belə düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizlərin (təsadüfən) ancaq bir bataqlıqdan gəldiyimiz tezisinin həqiqət olduğuna inanmışam. Öldüyümüz zaman, hər şey bitir, artıq heç nə yoxdur.” (Kelly J. Coghlan, Houston Chronicle Sunday,15 fevral 2009)
130-dan çox gəncin intiharına səbəb olmuş “Mavi balina” oyununun proqramçısı Filip Budeykin də darvinist olduğu və bunu “təbii seleksiya” gərəyi etdiyini açıqlaması hər kəsdə heyranlıq oyandırmışdı. Filip Budeyk etdiklərinin səbəbini belə açıqlamışdı:
“Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”.
1) BBC.COM: 12 may 2017, Rus “intihar oyunu” organizatörü Philipp Budeikin suçunu kabul etti
2)
https://medialeaks.ru/1611kam-ya-ne-b...)
20 aprel 1999-cu ildə Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətində yaşayan iki ateist gənc Erik Haris və Dilan Klebold oxuduqları Kolumbiya liseyinə silahlı hücum etmiş və 13 insanı qətl etdikdən sonra intihar etmişdilər.
Çox keçmədən bu iki gəncin Darvinin “təbii seleksiya” nəzəriyyəsindən təsirləndikləri ortaya çıxdı. Həmçinin qırğında 13 yaşlı qızı Raçel Skotu xilas etmək istəyən ancaq buna nail ola bilməyən Darel Skot məhkəmədə gördüklərini belə izah edirdi:
“Qırğının arxa planına baxılmaması çox təəccüblüdür. Qatil Haris şagirdlərə atəş açarkən üzərində “təbii seleksiya” yazılı köynək geyinmişdi. Zəifləri öldürərək təbii seleksiyaya kömək etməyi planladıqlarını etiraf etdikləri video materiallar ortaya çıxdı. Özlərini təbii seleksiyanın nəticəsi olaraq sinif yoldaşlarından üstün görürdülər.”
1) “Habertürk” qəzeti, 09 noyabr 2009
2)
http://www.amnation.com/vfr/archives/...
2007-ci ildə Pensilvaniyada məktəbdə qırğına hazırlanarkən həbs edilən tələbənin də “Natural Selection’s Army” (Təbii seleksiya ordusu) adlı internet saytını tez-tez ziyarət etdiyi ortaya çıxdı və bu pozğun yanaşmanın hücumlarda əhəmiyyətli faktor olduğu qəbul edildi. (“Habertürk” qəzeti, 09 noyabr 2009)