Предыдущая публикация
Sənə neyləmişdim, verib fərmanı,
Asmısan telindən oyuncaq kimi.
Mənim dar ağacım tellərin sanı
İçimdə qor yanır bir ocaq kimi.
Çıxarıb mən səni qanqal içindən,
Sinəmə əkmişəm, gül eyləmişəm.
Köksümdə gül açar, zənn eyləmişdim,
Sən demə başıma kül eyləmişəm.
Təbəssümüm yalan, gülüşüm yalan,
Özüm də inandım bu yalanlara.
Boylan pəncərədən, can evim talan
Dirənir yollarım sərt dalanlara.
Mən səni sevəndə atəş içində-
Əbədi yanacaq, sönməz ocaqdım.
Qüsul istəmirdim, ömür köçündə
Sənin gözlərində durulacaqdım.
İndi yapyalnızdır divanə könlüm,
Ömrümün payızı əl edir mənə.
Son ümid son Günəş zərrəsi kimi
Hələ də bir ilğım vəd verir mənə..
13.11.2022
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4