Aldığım nəfəsdir getdi gəlmədi,
Əlim üzüləcək dünydan onda.
Qəfil yaxalayan əcəl bəs nədir,
Qədrimi bilərsən, mən olmayanda.
***
Bir olduq, birlikdə, birgün vermədin,
Əlindən bir çiçək, bir gül, görmədim,
Könlümdən keçəni sənə demədim,
Qədrimi bilərsən, mən olmayanda.
***
Mən asta danışdım, sənsə qəlbidən,
Tikanlı sözlərin, oldu- qəlb didən,
Günahım olmadan, məni incidən,
Qədrimi bilərsən, mən olmayanda.
***
Gecələr gözlərim, yolunda qaldı
Üstünü vurmadım* olanlar oldu,
Ağladım, ürəyim- boşaldı, doldu,
Qədrimi bilərsən, mən olmayanda.
***
Sonunu biləydim, sonum olanda,
Kaş gendən görərdim halını onda,
Mənim həsrətimlə tənha qalanda,
Qədrimi bilərsən mən olmayanda.
TALEH ELSEVƏN. 05.07.2024.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5