Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Azərbaycanlı xərçənglə bağlı tədqiqatına görə - 200 min dollar qazandı
Bakı Avropa Liseyinin 2009-cu il məzunu Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə “NRC HL Holmes” mükafatına layiq görülüb.
İki ildən bir verilən 200 000 ABŞ dolları məbləğində olan mükafat doktor D.Şeyxkərimliyə iki il ərzində insan viruslarının xarici təbəqələrini əhatə edən bütün mövcud zülalların toxuma spesifikliyini xəritələndirmək və onların orqanizmdəki yerini izləmək üçün işlərini davam etdirməyə imkan verəcək.
D. Şeyxkərimli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2014-cü illərdə Toronto Universitetində molekulyar genetika və biotexnologiya ixtisasları üzrə bakalavr və maqistr dərəcəsi alıb. “Sony Tədqiqat Mükafatı”, MITACS təqaüdü kimi mükafatlar və Osakadakı İnsan Metavers Təbabəti Əsaslı Tədqiqat İnstitutunda (PRIMe) beyin əlaqələrinin xəritələndirilməsi üçün genetik ştrix-kodların işlənib hazırlanması üzrə təqaüd də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb.
Dayaq Şeyxkərimli bu tədqiqatı Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) aparacaq. O, 2024-cü ilin aprel ayından etibarən həmin məktəbdə doktorantura sonrası (“post-doc”) elmi işçi kimi SBME professoru və Sintetik Biologiya üzrə Kanada Tədqiqatları kafedrasının rəhbəri doktor Nozomu Yachinin laboratoriyasında çalışır.
Şeyxkərimli molekulyar genetika üzrə doktorluq dissertasiyasını doktor Frederik Rothun rəhbərliyi altında müdafiə edib. Dissertasiya müddətində o, virus və insan zülalları arasında da daxil olmaqla, milyonlarla cüt zülalın qarşılıqlı təsirlərini xəritələndirmək üçün texnologiya hazırlayıb.
SON XƏBƏR
2 комментария
3 класса
İlham Əliyev Mehman Hüseynovla qar topu oynadı...
SON XƏBƏR
0 комментариев
4 класса
Mehman Hüseynov: Yaltaq ağsaqqal...
SON XƏBƏR
1 комментарий
7 классов
Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salındı
Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev öz “X” hesabında paylaşım edib.
“Enerji sistemimizi bərpa etmək üçün zəruri elektrik avadanlıqlarından ibarət olan mühüm humanitar yardımın növbəti hissəsi Azərbaycandan Ukraynaya yola salınıb”, - deyə səfir qeyd edib.
Husyev, həmçinin dayanıqlı dəstək və həmrəyliyə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü də qeyd edib.
SON XƏBƏR
1 комментарий
5 классов
Yol polisi rüşvət aldı, Mehman Hüseynov isə onu çəkdi...
SON XƏBƏR
1 комментарий
40 классов
İşıq pulu ödəyə bilməyən Ağstafalı qazinin işığını kəsiblər
SON XƏBƏR
1 комментарий
32 класса
“İranı bombalamayacağam” - Tramp
“Mən İranla nüvə məsələlərində razılaşmaq istərdim, çünki bunu bombalamaqdan üstün tuturam”.
Bunu ABŞ Prezidenti Donald Tramp “The New York Post”a müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.
Prezident ümid edir ki, onlar hazırkı planlarından əl çəkəcəklər: “Onlara sövdələşməyə hazır olduğumu söyləyəcəyəm”.
Razılaşmanın müqabilində İrana konkret nə təklif edəcəyi sualına Tramp belə cavab verib: “Çox sərt olduğu üçün deyə bilmərəm. Amma mən onları bombalamayacağam”.
SON XƏBƏR
1 комментарий
1 класс
“Bu razılaşmanı tanımayacağıq” - Zelenski
Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.
UNIAN xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ukrayna bu barədə heç nə bilmirdi. Rəsmi Kiyev Ukrayna olmadan ölkəmiz haqqında istənilən danışıqları nəticəsi olmayan danışıqlar kimi qiymətləndirir və biz olmadan haqqımızda istənilən şeyləri və ya istənilən razılaşmaları tanıya bilmərik. Belə danışıqları tanımayacağıq”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gediblər.
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!