Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Миграционная служба обратилась к пребывающим в Азербайджане гражданам России
Граждане Российской Федерации и лица без гражданства, постоянно проживающие в РФ, которые намерены находиться в Азербайджане более 90 дней в течение года, до истечения срока временного пребывания должны обратиться в Государственную миграционную службу для его продления или получения разрешения на временное проживание, если на то есть основания, предусмотренные законодательством.
Об этом говорится в заявлении Государственной миграционной службы. За дополнительной информацией можно обратиться по телефону (012) 919 или почтовому адресу pr@migration.gov.az.
Напомним, что согласно постановлению Кабмина, срок временного пребывания в Азербайджане без визы для граждан Российской Федерации и лиц без гражданства, постоянно проживающих в РФ, не может превышать 90 дней в течение одного календарного года. Решение вступило в силу с 1 января.
SON XƏBƏR
41 комментарий
18 классов
Qardaşının ölüm xəbərini eşitdi, özü də öldü
Ucarda 2 qardaş eyni gündə vəfat edib.
Alpout kənd sakini, 1964-cü il təvəllüdlü Suliddin Cəfər oğlu Həsənov xəstəliyi ilə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Mərhumun qardaşı, 1958-ci il təvəllüdlü Suliddin Cəfər oğlu Həsənov bunu eşidəndə yaşadığı evdə dünyasını dəyişib.
Hər iki qardaş kənd qəbiristanlığında dəfn edilib.
1 комментарий
0 классов
ABŞ Rusiya ilə müharibəyə girə bilər - Ratkliff
Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ-ı Rusiya ilə münaqişəyə girmək riski qarşısında qoyur.
Bu sözləri Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədi Con Ratkliff deyib.
“Rusiya-Ukrayna müharibəsi davam edir, dağıntılar baş verir və Birləşmiş Ştatların nüvə silahına malik ölkə ilə münaqişəyə cəlb olunma riskini artırır”, - o bildirib.
Ratkliff Çinin qlobal hökmranlığa can atmasını, transmilli cinayətləri, İran və Şimali Koreyanın addımlarını və Yaxın Şərqdəki vəziyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər adlandırıb.
1 комментарий
0 классов
Guya bomba hazırlayırıq: bizə qarşı bəhanədir
İran nüvə silahı yaratmaq niyyətində deyil.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian "NBC Nyus”a müsahibəsində deyib.
“Biz nüvə silahı yaratmağa çalışmırıq, lakin bizi guya bomba hazırlamaqda ittiham edirlər. Bu, bəhanə uydurmaq üçün istifadə etməyə çalışdıqları sxemdir. Bu,doğru deyil”, - o bildirib.
SON XƏBƏR
1 комментарий
1 класс
Məni prezident olmağa bu vadar etdi - Pezeşkian
Həm daxildəki, həm də ətrafımızdakı ölkələrdəki vəziyyət məni prezident olmağa vadar etdi.
Bunu İran Prezidenti Məsud Pezeşkian NBC kanalına müsahibəsində deyib.
“Bu problemləri həll etmək qərarına gəldim”, - o bildirib.
SON XƏBƏR
1 комментарий
2 класса
Sahibsiz Vətən...
SON XƏBƏR
2 комментария
16 классов
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, professor, azərbaycanlı oliqarx-milyarder Tovuzlu İlham Rəhimov bu münasibətin necə yarandığı barədə RTV-yə danışıb
SON XƏBƏR
1 комментарий
24 класса
Rusiyada miqrantlarla bağlı vacib - Yeniliklər
Rusiyada yeni qaydalara əsasən miqrantlar üzərində dövlət nəzarəti çərçivəsində polis əməkdaşları əcnəbilərin faktiki yaşadığı mənzillərə və digər binalara daxil olmaq hüququna malik olacaqlar.
Müvafiq qaydalar martın 5-dən qüvvəyə minəcək qanunda öz əksini tapıb.
Polis, həmçinin Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri təşkil edən məlumat və sənədləri tələb edə biləcək.
Polisin bundan başqa sürgün rejimində olan əcnəbinin bank hesablarının olması və onların nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə banklardan məlumat almaq ixtiyarı olacaq.
Martın 5-dən Daxili İşlər Nazirliyinin əməkdaşları da bu rejimdə, o cümlədən texniki vasitələrdən istifadə etməklə əcnəbi vətəndaşlara nəzarət edə biləcəklər.
Qaydalar, həmçinin bu cür əcnəbilərin Rusiya ərazisində qalmasına köməklik göstərən fiziki və hüquqi şəxslərə də şamil edilir.
Qeyd edək ki, Rusiyada martın 5-dən ölkədə qeyri-qanuni olan və ya qanunu pozan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması üçün miqrasiya rejimi qüvvəyə minir. Onlar üçün müəyyən hüquq və azadlıqlar məhdudlaşdırılacaq və onlara miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri də tətbiq ediləcək.
SON XƏBƏR
2 комментария
4 класса
Bu şəhərdə ictimai nəqliyyat pulsuz oldu - Avropada ilk
Bu il yanvarın 1-dən etibarən Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyat bütün vətəndaşlar üçün ödənişsiz olub.
Təxminən 1,7 milyon nəfər əhalisi ilə Belqrad Avropada 500 mindən çox əhalisi olan və müntəzəm sərnişindaşımalardan istifadə edən bütün şəxslər üçün nəqliyyat xidmətinin ödənişsiz olduğu yeganə şəhərdir.
Belqrad meri Aleksandar Şapiç paytaxtın ictimai nəqliyyat sistemində davamlı islahatların aparıldığını və qarşıdakı üç il ərzində avtobus parkının tamamilə yenilənəcəyini bildirib.
Şəhər Administrasiyası ictimai nəqliyyata subsidiya vermək üçün hər il 250 milyon avro ayırır.
SON XƏBƏR
1 комментарий
0 классов
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi
ABŞ Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı sanksiyalar paketini genişləndirib.
Bu barədə Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilib.
Sənəddə Azərbaycan əsilli rusiyalı iş adamı, LUKOİL şirkətinin keçmiş prezidenti, hazırkı həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovun da adı qeyd olunub.
Məlumat üçün deyək ki, Yusif Ələkbərov Rusiyanın neft-mədən xidmətləri şirkəti “Welltech” və EKTO MMC-nin təsisçisi və sahibidir.
O, 1990-cı ildə Moskvada anadan olub. Rusiya mətbuatında yayılan xəbərlərdə iş adamı bahalı avtomobilləri ilə də gündəmdədir.
2016-cı ildən Yusuf Ələkbərov EKTO MMC-nin sahibidir. Bu, neft-mədən xidmətləri də daxil olmaqla, müxtəlif bizneslərə nəzarət edən holdinqdir. “Welltech”i isə 2023-cü ildə təsis edib. Milyarder “Forbes”in dərc etdiyi ən zəngin rusiyalı iş adamları reytinqinə liderlik edib.
Bildirilib ki, sanksiyalarda adıçəkilən şəxslərin ABŞ-də olan bütün əmlakları bloklanır.
Bundan əlavə mülkiyyətində hər hansı əmlak və ya maraqları əhatə edən bütün əməliyyatlar nazirlik tərəfindən qadağan edilir.
Qeyri-ABŞ vətəndaşları üçün də bilərəkdən və ya bilməyərəkdən sanksiyalardan yayınan davranışlarda iştirak etmək qadağandır.
Əlavə edək ki, sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.
SON XƏBƏR
Напишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!