Bilirsiz bizdə ataları övladından sonra ölməyə öyrəşməyib.Müharibə bizim xasiyyətimizi dəyişmək istəyir, pis vərdişlərini bizim atalara sırımaq istəyir. Bizim atalar oğullarını yatandan sonra öpüb, gizlin istəyib, büruzə verməyib. Bir az ölən atasının yerinə istəyib, bir az itkin düşən qardaşının... Amma oğlunu heç vaxt camaat içində tərifləməyib, onları hamının yanında oxşamayıb, əzizləməyib. Gör müharibə bizim ataları nə günə qoydu? Hər şeyi elətdirdi onlara. Bütün əzbərləri pozdu. Bizim oğullar atalarını güclü bilirdi. İndi bir qərənfil o boyda atanın qəddini əyib. Bir bayrağı daşımağa qolunda gücü qalmayıb. Tanımadığı adamların yanında gözlərinə söz keçirə bilmir. Bizim ataların göz yaşı indi yağışın damcılarına qarışıb oğlunun üstünə yağır. İndi atalar "Yasin"in bitməyini istəmir.
Allah şəhidlərimizə rəhmət eləsin...
Valideynlərinə səbr dözüm istəyirəm sadəcə...
P.S Valideynim olmadığından bəlkədə Ilahi ölməyə qoymur Məni ağlayanım olmayacaq deyə...
Admindən...
#Ragnar
#Admin
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 6
men bu temanı görmüşdum.ama sonda olan p.s. yox idi.indi bu kime aid?