:)
"Sədra yazır ki, hər hansı bir nəsnə var olmazdan öncə yox olması və var olduqdan sonra isə yox olması o deməkdir ki, həmin nəsnin varlıq mərtəbəsi məhduddur, yəni varlıq tutumu elə o qədərdir. Başqa sözlə, həmin nəsnə nə önə, nə də arxaya yayıla bilir varlıq səhifəsində. Yəni elə olduğu yerdə qalır və ona ayrılan varlıq tutumu elə o qədərdir. Deməli, həmin nəsnənin həm var olmazdan əvvəlki yoxluğu, həm də var olduqdan sonrakı yoxluğu sadəcə olaraq ağlın xəyal qüvvəsi sayəsində təsəvvür elədiyi vahid bir yoxluqdur. Belə ki, bu yoxluq nə önə, nə də arxaya yayıla bilir, yəni onun barəsində "Bu yoxluq əvvəl olub və sonra da olacaq",- deyə söyləmək olmaz. Daha aydın desək, ağıl zaman kəsiyində yaranan bir nəsnə üçün əzəli bir yoxluq fərz edir və sonra onun var olduğunu və daha sonra isə onun yenidən yox olduğunu fərz edir. Deməli, həmin nəsnədən öncə və sonra sanki bir yoxluq var. Belə ki, əvvəldə həmin nəsnənin yoxluğu, ortada varlığı, axırda isə yoxluğu gəlir. Əslində isə yoxluğun nə əvvəli, nə də axırı var, yoxluq əvvəl və axırla xarakterizə oluna bilməz. Bu, sadəcə olaraq ağlın uydurduğu bir təsəvvürdür və gerçəkdə isə belə bir şey yoxdur. Bir sözlə, "yoxluq" adlı nəsə yoxdur və hər nə varsa, elə varlıqdır. Müəyyən bir zaman dilimində yaranan nəsnə barədə "Əvvəl yox idi, sonra var oldu və daha sonra yox olacaq",- deyə söyləmək gerçəkliyi olduğu kimi əks etdirmir, əksinə, əvvəlki və sonrakı yoxluq sadəcə olaraq xəyal qüvvəsinin uydurduğu bir fərzdir. Ortada təkcə varlıq var, vəssalam. Sədra fəlsəfəsinin ən böyük şərhçisi Hadi Səbzəvarinin deyimi ilə desək, insan əgər diqqətini təkcə varlığa yönəldib, mahiyyəti nəzərə almasa, "zaman" adlı bir olayla qarşılaşmaz; nə dünən, nə bu gün, nə də sabah onun üçün anlam ifadə edər". (Əsfar, c. 1, s. 340)
2017.10.05
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2
Gerek birde oxuyum )
Bu qeder daga dasa cixmagin ne menasi varki )
Misalcun sual qoyula bilerki,vaar olan her bir weyin bir bashlangici var,,,
Ve Tanrininda varligi movcuddur ister mucered varliq kimi,ve ya bawhqa dilde desek bir metafizik kimi ve.s.,,,
Bes onda bu varligin bawhlangici neden ve hardan qaynaglanir deye suallar verile biler,,,
Felsefe bir weyin vaar olmasini agil ve mentiq uzerinde sebebini axtarmaqdi,,,Day bele yox dana )))