Rəssam: Məhəmməd Fərahani. XIX ə.
Azərbaycan Milli İncəsənət Muzeyi
Qacarlar dövrünün çoxsaylı portretləri daha çox saray hərəmlərini, rəqqasələri və musiqiçiləri təsvir ediblər. Sarayların ziyafət zalında asılan belə portretlər qonaqları kef məclisinin əhval-ruhiyyəsini kökləmişlər. Portretlər sözün əsil mənasında realistik portretlər deyil, şərti və özünəməxsus bədii üslub çərçivəsində yaradılmışlar. Bu üslub əvvəlcə Qacarlar sarayında yaranaraq, tədricən dövrün aparıcı üslubuna çevrildi və dünya İncəsənəti tarixində “Qacarlar üslubu” adı ilə təsbit olundu.
İstər kişi, istərsədə xanım portretlərində təsvir olunanların gözlərinin baxışında hansısa bir hissin, özəl yaşantının əlamətinə rast gəlinmir. Oxşar iri gözlər və onların qeyri-müəyyən, ifadəsiz baxışları və bu ifadəsizlik, gözlərin hara, kimə, necə baxmasından və nə görməsindən asılı deyil. Gözlərin geniş açılmış vəziyyətdə təsvir olunmasına baxmayaraq, onlar nə “daxili”, nə də xarici aləmə şəxsi münasibəti əks etmirlər. Hərəmlərin niqabsız təsvir olunmuş gözlərinin ifadəsiz baxışları əslində, təsvir olunmamış niqabın funksiyasını yerinə yetirmişlər. Çünki, mənalı baxışsız sima – artıq sima deyil, maskadı. Daxili yaşantını əks etməyən gözlər - sanki əksetmə qabiliyyətini itirmiş güzgülərdi😊 bu, Qacar portretlərinin ən səciyyəvi və eyni zamanda - ən cazibədar xüsusiyyətidi.
İncəsənət Muzeyində nümayiş olunan “Hərəm portreti” Qajar dövlətində yaşamış hansısa ali zadəganın sevimli hərəminin portretidir. Təsvir olunmuş xanımın məhz hərəm olmasını onun əlləri də təsdiq edir. Məlum olduğu kimi, Qajarlar dövrünün ali məclislərində iştirak edən hərəmlərin saray statusunu - məhz onların xınalı əlləri işarələndirirdi. Hərəmin əlindəki şərab badəsi isə – “eşq şərabı” və eşq sərxoşluğunu simvolizə edib.
Sevimli hərəminin portretini sifariş edən - Dəvatgər adlı şəxs olub. Bunu portretin aşağı sağ küncündə fars dilli “sifariş Dəvatgər” yazısı təsdiq edir. Portreti çəkən rəssam öz adını aşağı sol küncdə yazılıb: “Əməl Məhəmməd Fərahani”.
Qacarlar dövrü, “Hərəm portreti”. XIXə.
İncəsənət Muzeyinin kolleksiyası
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев