Aida Hüseynova Bakıda doğulub. 8 nömrəli və 16 nömrəli musiqi məktəblərində təhsil alıb. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Endryu Mellon təqaüdü (2015), Fulbrayt təqaüdü (2007–08) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə (2000, 2001–02) layiq görülüb. 2008-ci ildən ABŞ-nin İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışıb. Onun təşəbbüsü ilə həmin məktəbdə "İpək Yolu xalqlarının musiqisi" və "Musiqidə Şərq ilə Qərbin Rastlaşması" fənnləri yaradılıb. Hazırda qeyd edilən fənlərlə yanaşı, musiqi nəzəriyyəsi, Avropa və Asiyanın populyar musiqisi və Rusiya musiqisi fənlərini də tədris edib. Beş kitab və 200-dən çox məqalənin müəllifidir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев