ABŞ-də cərrah işləyən, ABŞ və Böyük Britaniya kimi dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ olan azərbaycanlı Rauf Şahbazov
ABŞ-nin Nyu-York ştatında transplantasiya üzrə cərrah, çalışdığı transplant mərkəzində canlı böyrək, mədəaltı vəz və robot cərrahiyyəsi proqramlarının direktoru, Amerika-Azərbaycan Tibb Assosiasiyasının təsisçisi və ilk prezidentidir.
📍🇦🇿Qubadlı rayonunun Taroğlu kəndində anadan olmuş soydaşımız ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb, daha sonra cərrahlıq ixtisasına yiyələnib. Orta təhsilini qızıl medalla bitirdiyi üçün Tibb Universitetinə yalnız 1 imtahanla qəbul olub.
Həkimlik karyerasına 5 saylı xəstəxanada başlayıb. Səudiyyə Ərəbistanında “Kral Feysəl” klinikasında cərrah kimi çalışıb.
📍Şotlandiyada müvafiq imtahanlar verərək “MRCS” ümumi cərrah ixtisas dərəcəsinə yiyələnib. Bu dərəcə ona dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ verib.
📍🇹🇷Ankarada Başkənd Universitetində, Kaliforniya universiteti klinikası, Klivlend və Beylor klinikalarında təcrübə keçib. 2011-ci ildə Amerika Cərrahlar Kollecinin beynəlxalq qrant layihəsində qalib gəlib.
2012-ci ildə Beylor Tibb Mərkəzi tərəfindən ABŞ-ə dəvət alıb. Nyu-Yorkda Tibb Universitetinin klinikasında transplantasiya üzrə cərrah olmaqla yanaşı, tələbə və rezidentlərə dərs deyir, elmi tədqiqat işləri ilə məşğul olur.
Paylaşdı: New Diaspora
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев