Предыдущая публикация
Balaca,günahsız,körpə kimidi,
...düşmənə ox atan kirpi kimidi...
Bu gündən sabaha körpü kimidi,
İlahi sevgimiz,tanrı sevgimiz .
Sabaha çapıram qarğı atımla,
Yel kimi şütüyən qırğı atımla .
...ilahi sevgimiz,tanrı sevgimiz,
Oynayır qorxumla - qorxu atımla.
Bu sevgi hissləri nizədi,oxdu ,
Sancılır yoluma - yamanca toxdu.
Hissimə,duyğuma toxunan çoxdu,
İlahi sevgimiz,tanrı sevgimiz !
Bir dəm göz yaşımız quruya bilər,
Duyğular qocalıb qarıya bilər...
Dünyanı,həyatı qoruya bilər ,
İlahi sevgimiz,tanrı sevgimiz !
İlahi sevgimiz,tanrı sevgimiz !
Fazil Əsəd.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев