Film respublika stadionunun təntənəli açılışına həsr olunub.
Görkəmli hakimin Tofiq Bəhramovun adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarım qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan rus əlifbasının "С" hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. 1993-cü ildə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb.
Rejissor: Mikayıl Mikayılov
Ssenari müəllifləri: Mikayıl Mikayılov, Cavanşir Məmmədov
Operatorlar: Cavanşir Məmmədov, Xan Babayev, Vladimir Zbudski, Leonid Koretski