Imam Sadiq əleyhissalam buyurur: Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu: Evlisənmi? Cavab verdi: Yox. Buyurdu: Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Rəd) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu): Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir. Sonra atam ona yeddi dinar pul verib buyurdu: Bu pulu evlənməyə sərf elə.