SOYUQ EVİM İSTİLİK GÖZLƏYİR,
QAR YAĞIR -- QARABAĞ - QARA!
DIVAR UÇUB, AMMA EV DAYANIR,
EHTİYAC VAR MÖHKƏM HASARA.
CAVAN KOMANDIR SƏYLƏR GÖSTƏRİR,
ORDUNU KÖKLƏYİR ZƏFƏRƏ.
GÜLLƏ SİLAHDA, GÖZ HƏDƏFİ SEÇİR,
EHTİYAC VAR KƏSKİN QƏRARA!
HƏR GÜN SƏRDAR ÖLÜMƏ ÇAĞIRIR,
HƏR GÜN QIRILIR GƏNCLƏR!
TƏMİZ KOSTYUMLAR TOSTLAR QALDIRIB
AL QANI SƏRDARLA İÇƏR.
TORPAQLARSA ÇOXDAN ƏLDƏN GEDİB
ƏSGƏR TAPDAĞININ ALTINA,
MƏSÇİDLƏ KİLSƏLƏR BASDIRILIB
YERİN YEDDİNCİ QATINA...
GƏLİN DÖNƏK EVƏ
BİRDƏ YANDIRAQ ODUMUZU!
GƏLİN DÖNƏK EVƏ
İSİDƏK ANA YURDUMUZU!
BU TORPAQ BİZİM OLUB
MƏNASIZ SAVAŞLARDAN QABAQ.
O, ÖLƏCƏK BİZSİZLİKDƏN SOLUB,
GƏLİN ONU QAYTARAQ!
YENƏ ŞƏHİD ANASI AĞLAYIR,
TORPAQ BÖLÜNÜB MƏZARLARA.
ATAMIZI ÖLDÜRƏNLƏR TUŞLAYIB
SİLAHI BİZİM UŞAQLARA.
VƏ BU MƏSƏLƏ BU GÜN HƏLL OLMASA
QALACAQ BİZİM BALALARA.
QALXIN BİRGƏ GEDƏK HEÇ OLMASA
SAHİB ÇIXAQ TORPAQLARA!
GƏLİN DÖNƏK EVƏ
BİRDƏ YANDIRAQ ODUMUZU!
GƏLİN DÖNƏK EVƏ
İSİDƏK ANA YURDUMUZU!
BU TORPAQ BİZİM OLUB
MƏNASIZ SAVAŞLARDAN QABAQ.
O, ÖLƏCƏK BİZSİZLİKDƏN SOLUB,
GƏLİN ONU QAYTARAQ!