ALLAHIN SEVGİ MƏKTUBU
Bu Sevgi Məktubu Müqəddəs Kitabın əsasında hazırlanıb.
Övladım, sən məni tanımazkən, Mən səni tanıyirdim.(Məzmur 1
39:1)
Mən sənin nə vaxt oturub qalxdığını bilirəm. (Məzmur 1
39:2)
Sənin bütün yollarrını belə bilirəm. (Məzmur 1
39:3)
Başındakı tükləri belə bir-bir saydım.(Matta
10:29-31)
Ona görə ki, səni Öz surətimdə yaratdım.(Yaradılış
1:27)
Mənim içimdə yaşıyırsan, hərəkət edirsən və Məndəsən.(Həvarilərin İşləri
17:28)
Ana bətninə düşmədən öncə səni bildim və yaradılışdan öncə səni seçdim və səni planladım.(Yeremya
1:4-5)
Sən bir xəta və təsadüf deyiilsən, bilməlisən ki, günlərin kitabımda yazılıdır.(Məzmur 1
39:15-16)
Doğum saatın və yaşayacağın yerlərin mən seçdim.(Həvarilərin İşləri
17:26)
Səni mükəmməl və əla yaratdım. (Məzmur 1
39:14)
Sənə ana bətnindəykən mən ququluş verdim. (Məzmur 1
39:13)
Və doğulduğun gün Mən səni ana bətnindən çıxardım.(Məzmur 7
1:6)
Məni tanımayanlara səhv təmsil edildim.(Yəhya
8:42-44)
Mən səndən uzaqlarda qəzəb dolu deyiləm. Mən Sevginin qaynağıyam.(1 Yəhya
4:16)
Və mənim arzum bu Sevgiylə səni məst etməkdir, çünki sən Mənim övladımsan və Mən sənin Atanam. (1 Yəhya
3:1)
Sənə olan hədiyyələrin dünyadakı atanın verə biləcəyindən də çoxdur.(Matta
7:11)
Çünki Mən hər an kamil bir olan Atayam. .(Matta
5:48)
Aldığın hər nemət sənə Məndən gəlir (Yəqub
1:17)
Çünki Mən sənə sahib çıxanam və bütün qarşılaşdığın çətinliklərdə sənə doğru yolu göstərirəm.(Matta
6:31-33)
Ehtiyaclarını bilirəm, sənin gələcəyin haqda planların ümid doludur.(Yeremya
29:11)
Çünki səni əbədi bir Sevgiylə sevirəm.(Yeremya
31:3)
Dənizdəki qum dənələrindən çoxdur səni düşündüyüm.(Məzmur 1
39:17-8)
Heç bir vaxt sənə yaxşılıq etməkdən vaz keçməyəcəm.(Yeremya
32:40)
Səni gücləndirmək Mənim ürəyimdəki və Ruhumdakı ən böyük arzu.(Yeremya
32:41)
Sənə bilmədiytin və dərk etmədiyin şeyləri göstərmək istəyirəm.(Yeremya
33:3)
Bütün ürəyinlə və bütün canınla axtarsan Məni tapacaqsan.(Qanunun Təkrarı
4:29)
Məndən zövq alsan ürəyinidəki bütün istəklərinə çatdıracam. (Məzmur
37:4)
Bu istəkləri sənin ürəyinə qoyan da Mənəm.(Filiplilərə
2:13)
Dilədiyindən və düşündüyündən da çoxunu etmək qüdrətindəyəm.(Efeslilərə
3:20)
Səni sonsuz şəkildə ürəkləndirən Mənəm. (2 Salonikllilərə
2:16-27)
Hər cür sıxıntıda da sənə təsəlli verən bir Atayam. (2 Korinflilərə
1:3-4)
Qəlbin qırılanda sənə ən yaxın olan Mənəm. (Məzmur
34:19-2020)
Çoban quzunu necə qucağında gəzdirirsə, Mən də səni eləcə bağrımda gəzdirirəm.(Yeşaya
40:12)
Bir gün bütün göz yaşlarını siləcəyəm.(Vəhy
21:3-4)
Və səni üzən bütün qəmi-qüssəni yox edəcəm.(Vəhy
21:4)
Mən sənin Atanam və səni Oğlum İsanı sevdiyim kimi sevirəm.(Yəhya
17:23)
Çünki sənə olan sevgimi Oğlum İsa vasitəsiylə göstərdim.(Yəhya
17:26)
Isa Mənim Öz varlığımın görüntüsüdür.(İbranilər
1:3)
Və Onun vasitəsiylə sənə qarşı olmadığımı sübut etdim, sənə günahlarını saymayacağını bildirirəm. (Romalılara
8:31)
Sən və Mənin barışmağım üçün İsa Məsih öldü.(2 Korinflilərə
5:18-19)
Onun ölümü sənə olan Sevgimini ən uca zirvəsidir.(1 Yəhya
4:10)
Sənin Sevgini qazanmaq üçün Mən ən qiymətli şeylərdən vaz keçməyi əsirgəmədim.(Romaılara
8:31-32)
Oğlumun sənə olan hədiyyəsini əgər qəbul etsən Məni qəbul etmiş olarsan.(1 Yəhya
2:23)
Və heç kim artıq bizi bir-birimizdən ayıra bilməz. (Romaılara
8:38-39)
Mən Atayam və həmişə Ata olaraq qalacağam.(Efeslilərə
3:14-15)
Və indi səndən siruşuram, Mənim övladım olmaq istəyirsənmi? (Yəhya
1:12-13)
Mən qucağımı açdım və səni gözləyirəm.(Luka
15:11-32)
SEVGİLƏRİMLƏ ATAN UCA TANRI!
Bu Sevgi Məktubu Müqəddəs Kitab Bibliyanın əsasında hazırlanıb.
(TÖVRAT, ZƏBUR, İNCİL)
Müqəddəs Kitab və imana aid hər şey burda:
https://rebbinsesi.blogspot.com