Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Уберите лишние метки и подтвердите оставшиеся, если они определены верно
Убраны из меток0
Подтвердить метки
Отмена
Mehriban Əliyeva “Dalğa” yay düşərgəsinin açılış mərasimində iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün inşa edilən “Dalğa” yay düşərgəsinin iyunun 22-də açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva düşərgənin rəmzi açılışını bildirən lenti kəsdilər.
Bütün uşaqlar yay tətillərini səbirsizliklə gözləyirlər. Uşaqların yay aylarını dəniz kənarında keçirmələrinə həmişə üstünlük verilib. Bu yay günlərində Heydər Əliyev Fondu hər zaman olduğu kimi, valideyn himayəsindən məhrum olan uşaqların qayğılarını yaddan çıxarmadı və yenə də uşaq evlərinin sakinlərinə gözəl hədiyyə hazırladı. Dənizə yaxın məkanda – Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Fond 2 saylı uşaq evi üçün yay düşərgəsi inşa etdi. Bu isə Heydər Əliyev Fondunun bu kateqoriyadan olan uşaqların istirahətini, mənalı əylənmələrini əsl valideyn qayğısı ilə düşündüyünü bir daha nümayiş etdirir.
Показать еще
На видео отмечены:
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.