Lənkəran Dövlət Dram Teatrının kollektivi teatrsevərlərin görüşünə yeni tamaşa ilə gəldi.Teatrın səhnəsində “Danabaş kəndinin məktəbi” tamaşası nümayiş olundu.
Görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyası əsasında hazırlanmış tamaşanın premyerası oldu. Səhnə əsərinin quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov, musiqi tərtibatçısı isə İzzət Qurbanovdur.
Tamaşanın quruluşçu rejissoru Oruc Qurbanov: “Ən aktual təhsil sistemidir və mən Mirzə Cəlilin Danabaş kəndinin məktəbi əsərinə toxundum. Burada müəllimi təhqir edirlər. Ancaq müəllimin axırda dediyi sözlər Mirzə Cəlilin ürəyindən çıxan dərddir.“Unutmayın küçədə söyüş olar ancaq məktəbdə təhsil olar elm olar . Oxumaq lazımdır, Elm oxumasaz qaranlıqda qalacaqsız”.”
Xalq Artisti Qabil Quliyev: “Qubernatorun təhsil və ictimai işlər üzrə köməkçisi. İfa edəcəyim obrazla vaxtı ilə Azərbaycanın uzaq nöqtələrinin ruslaşdırılması məsələsini önə gətirməyə çalışıram.”
Əməkdar Artist Sücəddin Mirzəyev: “Mən pristav obrazını oynayıram. Mənə elə gəlir ki, tamaşaçıların ürəyincə olacaq.”
Tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Allahverən Babayev, Əlibala Əsgərov, Şarud Mehdiyeva, Miraslan Ağayev, Sayad Əliyev, Hikmət Cəfərov, Nizami Qurbanov və digərləri ifa edirlər.